Kişi avtomobili izdihamın üstünə sürdü  - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
08 iyun 2025 01:14 (UTC +04:00)

Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB

Almaniyanın Passau şəhərində avtomobilin bir qrup insanı vurması nəticəsində 5 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bununla bağlı “Bild” qəzeti məlumat yayıb.

Avtomobilin hədəf alındığı beş nəfərdən ibarət qrupda kişinin 38 yaşlı arvadı və beş yaşlı qızı da olub.

Onlardan biri nəfər orta, dörd nəfər isə yüngül xəsarət alıb. Şahid ifadələri ilkin olaraq onu deməyə əsas verir ki, hadisə uşağın qəyyumluğu ilə bağlı mübahisə zəminində baş verib.

***

21:51

Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

Lent.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

"Polis sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyünü istisna etmir. Qurbanların sayı və onların xəsarətlərinin ciddiliyi hələ müəyyən edilməyib", - məlumatda deyilir.

İlkin məlumata görə, hadisə zamanı sürücünün 38 yaşlı həyat yoldaşı və 5 yaşlı qızı da yaralanıb.

Sürücü polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar