Kino çəkilişi zamanı FACİƏ:  Atışma səhnəsində operator ÖLDÜ, rejissor YARALANDI
22 oktyabr 2021 07:13 (UTC +04:00)

Kino çəkilişi zamanı FACİƏ: Atışma səhnəsində operator ÖLDÜ, rejissor YARALANDI

ABŞ-da aktyor Alek Bolduinin baş rolda oynadığı “Pas” (Rust) filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində silahlara doldurulmuş patronlar döyüş qabiliyyətli olub. 

Lent.az “TMZ” portalına istinadən xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.

Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.

Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı - operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, filmin qəhrəmanı Bolduin xəsarət almayıb.

Çəkilişlər müvəqqəti dayandırılıb. Polis araşdırmaya başlayıb.
 

# 5403
avatar

Oxşar yazılar