Kim Çen In dünyaya meydan oxudu: Biz nüvə silahından əl çəkməyəcəyik
22 sentyabr 2025 06:05 (UTC +04:00)

Kim Çen In dünyaya meydan oxudu: Biz nüvə silahından əl çəkməyəcəyik

0

“Şimali Koreya nüvə silahından imtina etməyəcək.”

Lent.az xəbər verir ki, bunu Şimali Koreya prezidenti Kim Çen In deyib.

"İndi də ABŞ-ın nüvəsizləşdirmə siyasətini dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozurlar", - Kim Çen In deyib.

O, Pxenyanın nüvəsizləşdirilməsi çağırışlarının konstitusiya quruluşuna hücuma bərabər olduğunu iddia edib.

Çünki Şimali Koreyanın nüvə statusu ölkənin əsas qanununda müəyyən edilib.

"Biz nüvə silahından əl çəkməyəcəyik", - deyə Şimali Koreya lideri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar