Futbol üzrə Almaniya çempionatının 10-cu turu çərçivəsində Dortmund “Borussiya”sı səfərdə “Bavariya” ilə qarşılaşıb.
Lent.az xəbər verir kİ, Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Deotşankul Yupamekano (4-cü dəqiqə) və het-trik edən Harri Keyn (9, 72 və 90+3) vurub.
Borussia 2019-cu ilin avqustunda Dortmund 2:0 hesabı ilə qalib gələrək Almaniya Superkubokunu qazandıqdan sonra "Bavariya"nı məğlub edə bilmir.
10 turdan sonra "Bavariya" 26 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Borussiya” 21 xalla dördüncü yerdədir. “Bayer Leverkuzen” 28 xalla turnir cədvəlinə başçılıq edir.