Kəskin hava 8 nəfərin həyatına SON QOYDU
23 dekabr 2022 16:50 (UTC +04:00)

Kəskin hava 8 nəfərin həyatına SON QOYDU

Yaponiyada ekstremal hava şəraiti yaşayışı iflic edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hava şəraiti ilə bağlı baş verən müxtəlif bədbəxt hadisələr nəticəsində 8 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Bildirilib ki, güclü qar yağması yolların bağlanmasına, qatarların hərəkətinin məhdudlaşdırılmasına və elektrik kəsintilərinə səbəb olub.

Koçi, Hokkaydo, Xirosima və digər yaşayış məntəqələrində qar örtüyünün qalınlığı mövsümi normanı dəfələrlə üstələyib.

Dövlət qurumları və yerli orqanlar xüsusi zərurət olmadığı müddətdə insanları çölə çıxmamağa, ərzaq məhsullarını əvvəlcədən tədarük etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Fidan İlqar

Oxşar yazılar