Nigeriyanın şimalında silahlı şəxslər katolik keşişini diri-diri yandırıb.
Lent.az xəbər verir ki, bu bardə Reuters məlumat yayıb.
Onalar başqa bi keşişi isə güllələyərək yaralayıblar.
Nigeriyalılar fevralın 25-də yeni prezident üçün səs verəcəklər.
Lakin ölkənin şimalında silahlı dəstələr tərəfindən pul qarşılığında adam oğurluğu və qətllər bəzi bölgələrdə seçkilərin keçirilməyəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Faktla bağlı araşdırma aparılır.