Avstraliyada kenquru sahibinə hücum edib və həkimlərin ona vaxtında təcili yardım göstərməsinə mane olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Avstraliyada 1936-cı ildən bəri ilkdir.
Qərbi Avstraliya polisi bildirib ki, 77 yaşlı kişi vəhşi kenqurunu ev heyvanı kimi saxlayıb. Heyvan kişiyə hücum edərək onu yaralayıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Ancaq heyvan tibb işçilərinin yaralının yanına çatmasına mane olduqdan sonra polis kenqurunu vurmağa məcbur olub.
Nəticədə tibb işçiləri yaralıya vaxtında kömək edə bilməyib və kişi ölüb.