Keçmiş birinci ledi  cəzadan yayınmaq   üçün qaçdı
15 may 2023 16:25 (UTC +04:00)

Keçmiş birinci ledi cəzadan yayınmaq üçün qaçdı

Perunun yəhudi əsilli keçmiş birinci xanımının İsrailə getmədiyi, qaçdığı iddia olunur.
 
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məsələ burasındadır ki, Perunun keçmiş birinci yəhudi əsilli birinci xanımı Elian Karp çirkli pulların yuyulması işində Peruya ekstradisiya olunmamaq üçün ABŞ-dan İsrailə uçub. Müvafiq bəyanatı Perunun baş naziri Alberto Otarola Limada keçirdiyi mətbuat konfransında verib.
 
“ABŞ Ədliyyə Nazirliyi Perunun ABŞ-dakı səfirliyinə xanım Elian Karpın İsrail pasportu ilə uçduğu barədə məlumat verib”, - o deyib.

Elian Karp Perunun İsraillə ekstradisiya müqaviləsinin olmamasından istifadə etmək qərarına gəlib. O, 2001-2006-cı illərdə Perunun birinci xanımı olub.
 
Qadın Fransada yəhudi ailəsində anadan olub, istisasca  antropoloqdur. Həyat yoldaşı, Perunun keçmiş prezidenti Alexandro Toledo ilə hələ Stenford Universitetində tələbə olarkən tanış olublar. Karp Kaliforniya Universitetində fəlsəfə doktoru dərəcəsi almamışdan əvvəl Qüds Yəhudi Universitetində bakalavr dərəcəsi alıb.
 
Onun əri Toledo aprel ayında ABŞ-dan Limaya təhvil verilib və hazırda həbsxanadadır. O, ictimai işlərlə bağlı müqavilələr müqabilində on milyonlarla dollar rüşvət almaqda ittiham olunub. Toledo inadla bütün qanunsuzluqları rədd edir.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar