Kanadanın Müdafiə Nazirliyi Ukraynaya silah daşınmasına 2 təyyarə ayırıb.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu məqsədlə Küveytdə diskolasiya olunmuş 2 ədəd C-130 təyyarəsi (Lockheed Martin C-130J) Şotlandiyaya göndərilib. Kanada Müdafiə Nazirliyi bildirib ki, hazırda bu təyyarələrə Yaxın Şərq və Afrikada ciddi ehtiyac yoxdur.