Əfqanıstanın paytaxtı Kabildə hava limanının yaxınlığındakı partlayışlarda həlak olanların sayı 110 nəfərə çatıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamentindəki mənbə məlumat verib.
Pentaqon öz növbəsində 13 amerikalı hərbçinin də partlayışlarda öldüyünü açıqlayıb. Onların arasında hərbi həkim də var.
Daha 20 nəfər yaralanıb, 10-nun vəziyyətinin kritik olduğu bildirilir.
Kabildə minimum 6 partlayış olub. Əfqanıstanın Müdafiə Nazirlıiyi bundan əvvəl 90 nəfərin öldüyü, 150-dən çox adamın yaralandığı barədə məlumat yayıb.
Partlayışlara görə cavabdehliyi İraq-Şam İslam Dövləti (İŞİD) öz üzərinə götürüb.