Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski tibbi səbəbli komada qalmaqda davam edir.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, siyasətçinin durumu ilə bağlı təfərrüatlar “112” Telegram-kanalında verilib.
Jirinovski süni nəfəs aparatına qoşulub.
Məlumata görə, həkimlər siyasətçini kompüter tomoqrafiyası üçün başqa xəstəxanaya aparmaq niyyətində olublar, lakin vəziyyəti ağır olduğundan bunu etməyiblər. Bəzi məlumatlara görə, Jirinovskinin ağciyərləri şişməkdə davam edir.
Martın 25-də senator Aleksandr Pronyuşkin özünün “Telegram” kanalında siyasətçinin ölümünü elan edib, sonra mesajını silib və yanlış məlumata görə üzr istəyivb.
***
saat 13:10
Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunub.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, Vladimir Jirinovskinin vəziyyəti ağır-stabildir: "Həkimlər onun üçün bütün zəruri və təxirəsalınmaz tədbirləri görür".
***
saat 13:01
Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski vəfat edib.
Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Jirinovski bu gün Moskva vaxtı ilə 10:45-də 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Jirinovski bu ilin fevralında koronavirusa yoluxmuşdu.