Roma 2023-cü ildə Şimali Atlantika Alyansının şərq cinahını gücləndirmək üçün bu missiyalarda 30-a yaxın təyyarədən istifadə edərək 3,4 min əsgər göndərəcək.
APA-nın “Corriere della Sera”ya istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
Onun sözlərinə görə, paralel olaraq 600 texniki, 5 dəniz və 30-a yaxın hava bölməsi də göndəriləcək.