İsveç Skandinaviyanın və Baltikyanı ölkələrin enerji şirkətlərinə maliyyə zəmanəti verəcəyini açıqlayıb.
Lent.az-ın “Le Soir” nəşrinə istinadla xəbərinə görə, məqsəd Avropada enerji çatışmazlığına görə yarana biləcək maliyyə böhranını aradan qaldırmaqdır. “Şimal axını” kəmərində qaz sızmasına görə qaz nəqli qeyri-müəyyən mnüddətə dayandığı üçün Avropada enerji daşıyıcıları kəskin bahalaşıb.