İspaniyada bir neçə gündür davam edən isti və quraq hava şəraiti ölümə səbəb olub.
Lent.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ölkədə 10 gündür havanın temperaturu 40 dərəcədən artıqdır.
İsti hava 42 yaşlı Mərakeş vətəndaşının ölümünə səbəb olub.
Ölkənin şərqində 45,4 dərəcə isti qeydə alınıb ki, bu da rekord göstərici sayılır.
Bundan başqa Malaqda səhər saatlarında havanın temperaturu 34 dərəcə olub.