Fələstin hökuməti sentyabrın 4-də beş fələstinlini edam edib.
Lent.az bildirir ki, “Reuters”in bu ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, onlardan ikisi 2015 və 2009-cu illərdə İsrailin xeyrinə casusluq ittihamı ilə edam ediliblər.
Sübh vaxtı asılma və ya güllələnmə ilə edamlar Fələstin ərazilərində 2017-ci ildən bəri ilkdir. Qəzzada ölüm hökmü ilə bağlı əvvəlki hallar insan haqları qruplarının tənqidinə səbəb olub.
Edam edilən dörd nəfərin adı məlumdur:
1. Cibril Karmut (2022-ci ilin iyulunda “HƏMAS” polisini və bir qızı öldürüb)
2. Xalid əs-Samari
3. Nəhal Əhl
4. Murad Əbu Zeyd
Onlardan üçünün adam öldürməkdə təqsirli bilindiyi bildirilir. Bəyanatda deyilir ki, 44 və 54 yaşlı iki məhkum edilmiş casus İsrailə fələstinlilərin öldürülməsinə səbəb olan məlumatları ötürüb.