İsrail İranı vurmağı planlaşdırıb
17 aprel 2024 22:22 (UTC +04:00)

İsrail İranı vurmağı planlaşdırıb

İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı qisas almağı planlaşdırıb, lakin hücumu təxirə salmaq qərarına gəlib.

Lent.az xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-yə çatdırıb.

Amerika rəsmisi nəşrə deyib ki, “biz bilmirik bu hansı səbəbdən baş verib. Bunun real hücuma nə qədər yaxın ola biləcəyi də məlum deyil”.

# 1974
avatar

Oxşar yazılar