İsrail təyyarələri Qəzzada Cəbəliyyə, Əl-Bureyc və Nusayrat qaçqın düşərgələrinə və Beyt Lahiya bölgəsində mülki əhalinin yaşadığı bir çox evə hava zərbələri endirib.
Lent.az xəbər verir ki, bu barədə Qəzza Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 30 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.
Dağıntılar altında hələ də çoxlu fələstinlinin olduğu, lakin elektrik enerjisi və lazımi avadanlıqların olmaması səbəbindən bu insanlara çatmağın çox çətin olduğu bildirilib.
İsrail ordusu bundan əvvəl “müharibə”nin növbəti mərhələsinə (quru əməliyyatı) hazırlıq çərçivəsində İsrail qüvvələrinin Qəzzada üzləşə biləcəyi təhlükələri azaltmaq üçün hava zərbələrini gücləndirdiyini açıqlamışdı.