İŞİD Rusiyada  yeni terror   anonsunu verdi: Putini də  hədələdi
25 mart 2024 20:41 (UTC +04:00)

İŞİD Rusiyada yeni terror anonsunu verdi: Putini də hədələdi

İŞİD terror təşkilatı Rusiyada yeni terror aktları törətmək niyyətində olduğunu açıqladığı mesaj yayımlayıb. Onların planlarına yüksək vəzifəli məmurlara, o cümlədən prezident Vladimir Putinə hücumlar daxildir.

Lent.az bildirir ki, bu barədə Rusiya mətbuatı İŞİD terror təşkilatının bəyanatına istinadən yazır.

Yaraqlılar bəyanatlarında bu hərəkətlərin Rusiyada təşkilat üzvlərinə qarşı tətbiq edilən sorğu-suallara və işgəncələrə cavab olduğunu iddia edirlər. Hazırda bu iddiaların saxta olub-olmadığını yoxlamaq mümkün deyil. Rusiya tərəfi də hələlik reaksiya verməyib.

“Crocus City Hall” konsert zalında İŞİD-in “Vilayət Xorasan” adlı özəyinin məsuliyyəti öz üzərinə götürdüyü terror aktından sonra dünya ictimaiyyəti Avropada, xüsusilə Fransa, Belçika, Böyük Britaniya və digər ölkələrdə terror təhlükələrinin artması ehtimalından ciddi narahatlığını ifadə edib. .

Makron həmçinin Fransa kəşfiyyat xidmətlərinin əldə etdiyi məlumatları nəzərə alaraq, Rusiya ilə terrorizmlə mübarizədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Baş nazir Qabriel Attal hadisədən sonra Fransada terror təhlükəsi səviyyəsinin maksimum səviyyəyə qaldırıldığını vurğulayıb.

Terrorla mübarizə üzrə ekspertlər Moskva hücumunun İŞİD-i Avropada, xüsusən də Parisdə keçiriləcək Olimpiya Oyunları ilə birlikdə fəaliyyətini artırmağa sövq edə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. BMT-nin terrorla mübarizə üzrə keçmiş yüksək vəzifəli rəsmisi Edmund Fitton-Braun bu xarakterli hadisələrin oyunları terrorçular üçün əsas hədəfə çevirə biləcəyini ehtimal edib.

Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos baş verənlərlə bağlı maraqlı fikir bildirib və qeyd edib ki, Rusiya ərazisində terror aktının baş vermə ehtimalının səbəbi miqranların, o cümlədən Orta Asiyadan işləməyə gələnlərin yaşayış şəraiti kimi sosial və iqtisadi aspektlərlə bağlı ola bilər. O, İŞİD-in işə götürmə üsulları ilə Rusiya təbliğatı arasında oxşar cəhətləri qeyd edib.
 

# 3363
avatar

Oxşar yazılar

“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20