İranda polis bölməsinin komandiri öldürülüb.
Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, Bandarlanc şəhərinin Çarak polis bölməsinin komandiri, polkovnik Məhəmməd Rza Asdalahi bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Atışma zamanı Hörmüzqanın polis qüvvələrindən bir nəfər də ağır yaralanıb.