İranda onlarla adam  EDAM OLUNDU - RƏSMİ
22 iyun 2022 17:26 (UTC +04:00)

İranda onlarla adam EDAM OLUNDU - RƏSMİ

İranda üç ayda 100-dən çox insan edam edilib. 

Lent.az xəbər verir ki, BMT bununla bağlı hesabat yayıb.

BMT-nin İnsan Haqları Şurasının 50-ci sessiyasında yeni hesabat təqdim edən BMT baş katibinin insan haqları üzrə müavini İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı çoxsaylı halları sadalayıb və 2022-ci ilin ilk 3 ayı ərzində İran hökumətinin 100-dən çox məhkumu edam etdiyini vurğulayıb.

BMT baş katibinin insan haqları üzrə müavini Nada əl-Naşif iyunun 31-də Antonio Quterreşin İranla bağlı son hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim edib. O, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bunun 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.

BMT baş katibinin insan haqları üzrə müavini daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun azlıq qruplarına mənsub olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Fidan İlqar

Oxşar yazılar