İranda etirazlar başlayandan bu günə qədər molla rejimi tərəfindən öldürülənlərin sayı açıqlanıb.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İranda ümumxalq etirazlarında bu günədək 524 nəfər həlak olub.
Məlumata görə, ölənlərdən 71-i yaşları 18-dən az olan şəxslərdir.
Qeyd edək ki, keçən ilin sentyabrın 17-dən aparılan hesablamaya görə, 19.401 nəfər həbs olunub. Onlardan 4.973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbədir. Etirazlara 144 universitetin tələbələri qoşulub.
Ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.