İranda zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin gücü 5,9 bal olub.
Təbiət hadisəsi yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin episentri Bəndər Abbas şəhərindən 166 kilometr cənub-qərbdə 352 min nəfərin yaşadığı ərazidə olub.
Dağıntı və təlafat barədə məlumat yoxdur.