İranda etirazçıların tərəfinə keçən qadın polis şübhəli şəkildə öldü
05 iyun 2023 23:48 (UTC +04:00)

İranda etirazçıların tərəfinə keçən qadın polis şübhəli şəkildə öldü

İran rejimi etirazlara dəstək verən keçmiş polis məmuru Mənsurə Seqvandın ürək tutmasından öldüyünü iddia edib.

Lent.az xəbər verir ki, IRNA xəbər agentliyi İlam vilayəti rəsmilərinə istinadla onun ürək tutmasından öldüyünü bildirib. Məlumata görə, qadının meyiti üzərində hər hansı zorakılıq əlamətinə rast gəlinməyib.

Qeyd edək ki, Mənsurə Seqvand şəxsi “Instaqram” səhifəsində paylaşım edərək rejimə qarşı etirazçıların yanında olduğunu bildirmişdi: “Mən Xürrəmabad polisinin fəxri üzvü kimi çalışmışam. Lakin silahlı qüvvələrlə heç bir əməkdaşlığım olmayacaq və qürurla həmyerlilərimin yanında olacağam”.

Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara görə, keçmiş polis əməkdaşı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Bildirilib ki, o təhlükəsizlik qüvvələri tərəfindən güclü təzyiqlərə məruz qalıb.

Ötən həftə həbs edilən Seqvand bir neçə gün sonra sərbəst buraxılmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35