İranda etirazçılara qarşı şiddət və təqiblər davam edir.
Lent.az "MOUZE" teleqram kanalına istinadla bildirir ki, ötən gün Təbriz İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinin tələbəsi Şaqaiq Əlizadə İran təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Ona qarşı irəli sürülən ittiham və harada saxlanıldığı barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, 21 yaşlı Şəqaiq əslən Urmiyalıdır.