İrana PUA istehsalında kömək edən şirkətlərə SANKSİYA  
22 mart 2023 03:51 (UTC +04:00)

İrana PUA istehsalında kömək edən şirkətlərə SANKSİYA  

ABŞ Maliyyə Nazirliyi pilotsuz təyyarələr və silah istehsalında İranı dəstəkləyən dörd hüquqi və üç fiziki şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Nazirliyin saytında məlumat verilib.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Federal Təhqiqatlar Bürosu ilə koordinasiyalı olaraq, İran və Türkiyədə dörd şirkət və üç fiziki şəxsə İranın pilotsuz uçan aparatların və silahların istehsalı proqramlarına dəstək verdiyi üçün məhdudiyyət tətbiq edib” – məlumatda deyilir.
 

# 726
avatar

Oxşar yazılar