İrana məxsus narkotik daşıyan GƏMİ SAXLANILDI
12 noyabr 2022 14:07 (UTC +04:00)

İrana məxsus narkotik daşıyan GƏMİ SAXLANILDI

Yəməndə İrana məxsus narkotik daşıyan gəmi saxlanılıb.

Lent.az-ın "Mouze" teleqram kanalına istinadən məlumatına görə, Yəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib. 

Məlumata görə, 3 yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib.

Dənizçilər dindirilmə zamanı Yəmən sahillərində İrana məxsus narkotikləri daşıyan gəminin hərəkəti barədə məlumat veriblər.

Təhlükəsizlik qüvvələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçiriblər.

Müsadirə edilən narkotiklərin miqdarı hələlik dəqiqləşdirilməyib. Gəmi lazımi hüquqi prosedurların keçirilməsi üçün Sokotradakı Hadibu limanına aparılıb.

İran rəsmiləri bununla bağlı hələlik heç bir açıqlama verməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Sevinc Fərid

Oxşar yazılar