İran Yaxın Şərqdə ABŞ-ın ən azı 228 hərbi obyektini  məhv edib və ya zədələyib - İDDİA
07 may 2026 14:23 (UTC +04:00)

İran Yaxın Şərqdə ABŞ-ın ən azı 228 hərbi obyektini məhv edib və ya zədələyib - İDDİA

0

İran Yaxın Şərqdə ABŞ-ın ən azı 228 hərbi hədəfinə zərbə endirib, lakin Amerika rəsmiləri dəyən ziyanın həqiqi miqyasını ictimaiyyətə açıqlamayıblar. 

Lent.az bildirir ki, peyk görüntülərini təhlil edən "The Washington Post" qəzeti belə bir nəticəyə gəlib.

Nəşrin məlumatına görə, İranın zərbələri anqarlara, kazarmalara, yanacaq saxlama məntəqələrinə, radarlara və hava hücumundan müdafiə avadanlıqlarına zərər vurub. Bölgədəki Amerika bazaları artıq tam işlək vəziyyətdə deyil. Əməliyyatın əvvəlində personalın əksəriyyəti İran raketlərinin mənzilindən kənarda yerləşən obyektlərə təxliyə edilib.

Qəzetə müsahibə verən ekspertlər hesab edirlər ki, ABŞ ordusu İranın imkanlarını lazımınca qiymətləndirməyib və müasir dronlara qarşı mübarizə aparmaq üçün uyğunlaşa bilməyib.

Məqalə İran tərəfindən yayımlanan peyk görüntülərinə əsaslanır. Ekspertlər heç bir manipulyasiya əlaməti aşkar etməyiblər. Eyni zamanda, Amerika peyk görüntü şirkətləri Vantor və Planet, ABŞ hakimiyyətinin xahişi ilə, ABŞ-ın İrana hücumları zamanı çəkilmiş görüntülərə girişi məhdudlaşdırıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar