Ukrayna hərbçiləri ilk dəfə olaraq İranın zərbə vuran pilotsuz təyyarəsini məhv edib.
Lent.az yerli mediaya istinadən bildirir ki, bu barədə sentyabrın 13-də Ukrayna Hərbi Mərkəzi məlumat yayıb.
Pilotsuz təyyarənin qanadının elementlərinin görünüşünün təhlili Ukrayna Silahlı Qüvvələrinin ilk dəfə olaraq İran istehsalı olan PUA-nı məhv etdiyini söyləməyə imkan verir. Söhbət “Shahed-136” uzaq mənzilli kamikadze PUA-dan gedir.
Eyni zamanda cihazın qalıqlarında kiril əlifbası ilə yazılmış yazılar - “M214 Geranium-2” görünür.
Qeyd olunur ki, pilotsuz təyyarə Kupyansk vilayətində vurulub.
Vurulan İran PUA-sı
Vurulan İran PUA-sı
Vurulan İran PUA-sı