İnterpol Moldovaya xüsusi missiya  göndərdi
26 mart 2022 00:21 (UTC +04:00)

İnterpol Moldovaya xüsusi missiya göndərdi

0

Ukraynadan gələn qaçqın axını səbəbindən İnterpol Moldovaya əməliyyat dəstəyi qrupu göndərib.

Lent.az-ın İnterpolun rəsmi saytına istinadla xəbərinə görə, dəstək qrupu paytaxt Kişinyovda və qaçqın düşərgələrində fəaliyyət göstərəcək.

Qrupun məqsədi Moldova polisinə və humanitar təşkilatlara dəstək verməkdir. Qrup üzvləri yerlərdə vəziyyəti qiymətləndirəcək, hazırlıq, təhlil və əməliyyat dəstəyi sahəsində ehtiyacları müəyyən edəcəklər. İnterpol bildirib ki, son həftələrdə Ukrayna sərhədlərinin qanunsuz keçilməsi və insan alveri ilə bağlı çox sayda məlumat daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1450

Oxşar yazılar