Amerikalı “TikTok” fenomeni xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyərək izləyicilərinin pulunu mənimsəməkdə ittiham olunur.
Lent.az xəbər verir ki, Madison Russo adlı qadın “futbol topu böyüklüyündə” bir şişinin olduğunu deyərək, “GoFundMe” saytında kampaniya başladıb və 37 min dollar toplayıb.
O, hətta sosial mediada fotolar paylaşaraq, “Yaşamaq şansım 11 faizdir, yardım edin”, - deyə, insanlara müraciət edərək, onları aldatmağı bacarıb.
19 yaşlı qızın əməlləri həkimlər tərəfindən ifşa ediləndən sonra mənzilinə polislər basqın təşkil edib. Onun evindən pambıqlarla dolu tibb çantası, bir qohumunun adına açılmış tibbi arayışla yanaşı onlarla ləvazimat aşkar edilib.
10 ilə qədər həbs cəzası almaqla birinci dərəcəli oğurluqla ittiham olunub. Madison “Scott County” həbsxanasına 10 min dollarlıq kəfalət pulu ödəyib və azadlığa çıxıb.
Gənc qızın mart ayında hakim qarşısına çıxacağı bildirilir.