İnsanlar vəkillərin əvəzinə süni intellektdən  istifadə edirlər
09 oktyabr 2025 01:46 (UTC +04:00)

İnsanlar vəkillərin əvəzinə süni intellektdən istifadə edirlər

1

ABŞ vətəndaşları vəkil əvəzinə generativ süni intellekt (AI) vasitələrindən istifadə edərək məhkəmə işlərində qalib gəlməyə başlayıblar.

Lent.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Kanal kirayə haqqını gecikdirdiyinə görə mobil evindən qovulmaq təhlükəsi ilə üzləşən amerikalı qadın Lin Uaytın işini misal gətirib.

Belə ki, məhkəmənin təyin etdiyi vəkildən istifadə edərək, o, məhkəmə işini uduzub.

Lakin müraciətdən sonra o, ChatGPT neyron şəbəkəsinə və AI xidmətinə müraciət etmək qərarına gəlib. Nəhayət, o, evini saxlaya və ilkin borcunu da azalda bilib.

"Mən süni intellekt olmadan bu müraciəti heç vaxt qazana bilməzdim", - Uayt bildirib.

Bununla belə, AI şirkətləri müştəriləri öz xidmətlərindən qanuni məqsədlər üçün istifadə etməkdən çəkindirirlər. Onlar xəbərdarlıq edirlər ki, süni intellekt tərəfindən yaradılan məhkəmə sənədləri çox vaxt qeyri-dəqiqliklər və səhv qərarlarla doludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 226

Oxşar yazılar