ABŞ-da inəklər polis əməkdaşlarını qaçan şübhəlinin yanına apararaq cinayətin açılmasına kömək ediblər.
Lent.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Hadisə Şimali Karolinada baş verib.
34 yaşlı Coşua Minton avtomobili ilə polisdən qaçıb.
O, maşını tərk edərək naməlum istiqamətə qaçmalı olub. Polis ərazidə axtarış başladıb və inək sürüsü ilə qarşılaşıb. Məmurlar onların arxasınca gedib və şübhəlinin olduğu yeri tapıblar.
Yaxalandıqdan sonra Minton qaçmaqda və avtomobillə həbsdən yayınmaqda, ləğv edilmiş vəsiqə ilə avtomobil idarə etməkdə və asayişi pozmaqda ittiham edildi.
Polis heyvanlara köməyə görə minnətdarlığını bildirib.