İndoneziyada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Sumatra əyalətindəki Padanq şəhərindən 175 km cənubda, 20 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.