“SpaceX”in təsisçisi, baş icraçı direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAF) ilə bağlı paylaşım edib. O IAF-ın plenar iclasına canlı bağlantı ilə qoşulmuşdu.
Lent.az-ın xəbərinə görə, Mask tədbirlə bağlı özünün "X" səhifəsində paylaşım edib.
O, paylaşımında kosmos sahəsində əldə etdiyi uğurlara görə, Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə bağlı məlumat verib.