İlon Mask tarixdə ilk trilyonçu  oldu
12 iyun 2026 04:56 (UTC +04:00)

İlon Mask tarixdə ilk trilyonçu oldu

0

Amerikalı sahibkar İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu oldu.

Lent.az xəbər verir ki, bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.

Amerikanın "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.

"SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar