SSRİ-də ilk atom bombasının yaradıcılarından biri olan, Rusiya Elmlər Akademiyasının (RAN) Landau adına Nəzəri Fizika İnstitutunun fəxri direktoru İsaak Xalatnikov 102 yaşında vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə RAN-dan bildirilib.
İsaak Xalatnikov kvant fizikası sahəsindəki nəzəri fəaliyyəti ilə tanınıb.
Lakin onun ən önəmli fəaliyyəti Lev Landaunun rəhbərliyi altında sovet atom bombası layihəsində iştirakı olub.