İldırım düşdü, 25 nəfər öldü
14 aprel 2024 08:18 (UTC +04:00)

İldırım düşdü, 25 nəfər öldü

Güclü yağış Pakistanın Pəncab, Bəlucistan və Sind əyalətlərini vurub.

Lent.az xəbər verir ki, Pəncabın müxtəlif yerlərində ildırım çaxması nəticəsində 16 nəfər həyatını itirib.

Həyatını itirənlərin əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.

Əyalətdə daha 8 nəfər seldə həyatını itirib.

Sind əyalətində isə 1 nəfər həlak olub.

Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xəbərdarlıq edib.

# 1980
avatar

Oxşar yazılar