İki supergüc bu kanal uğrunda mübarizəyə başladı
27 aprel 2025 18:13 (UTC +04:00)

İki supergüc bu kanal uğrunda mübarizəyə başladı

Çinin Bazar Tənzimləmə üzrə Dövlət İdarəsi Panama kanalı da daxil olmaqla bir sıra limanların satışı ilə bağlı hərtərəfli antiinhisar təhqiqatı aparacaq.

Lent.az-ın xəbərinə görə, Çinin Bazar Tənzimləmə üzrə Dövlət İdarəsi bununla bağlı bu gün bəyanat yayıb.

Qeyd edilib ki, müəssisələrin konsentrasiyası icazəsiz həyata keçirilə bilməz, əks halda hüquqi məsuliyyət yaranır. Bildirilib ki, Honq-Konqda yerləşən “Hutchison” Holdinqi ilə sövdələşmədə iştirak edən tərəflər antiinhisar yoxlamasından yayınmağa çalışmamalıdırlar.

Qeyd edək ki, martın əvvəlində ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə “Hutchison” Holdinqinin Panama kanalının hər iki ucunda yerləşən “Balboa” və “Cristobal” limanlarını satmaq niyyətində olduğu üzə çıxıb. Operatorun səhmlərinin 90 faizi “Blackrock”-un rəhbərlik etdiyi ABŞ konsorsiumuna keçməlidir. Sövdələşmənin dəyərinin 19-23 milyard dollar arasında olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə bu limanları idarə etmək üçün “Hutchison” Holdinqi ilə müqavilə avtomatik olaraq daha 25 il müddətinə uzadılıb.

Pekin “Balboa” və “Cristobal” limanlarının ABŞ konsorsiumuna satılmasının ticarəti məhdudlaşdıracağı ehtimalından narahatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar

Beş il sonra cərrahları robotlar əvəz edəcək - İDDİA

Beş il sonra cərrahları robotlar əvəz edəcək - İDDİA

28 aprel 2025 , 02:47
ABŞ Yəməni VURDU:  8 nəfər öldü, yaralılar var

ABŞ Yəməni VURDU: 8 nəfər öldü, yaralılar var

28 aprel 2025 , 01:34
Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

27 aprel 2025 , 23:33
Təyyarə quşlarla toqquşdu

Təyyarə quşlarla toqquşdu

27 aprel 2025 , 19:10
İtaliyada məhbuslar üçün ilk seks otağı açılıb

İtaliyada məhbuslar üçün ilk seks otağı açılıb

27 aprel 2025 , 16:01
Vankuverdə dəhşətli olay – Ölənlər və yaralananlar var-YENİLƏNİB

Vankuverdə dəhşətli olay – Ölənlər və yaralananlar var-YENİLƏNİB

27 aprel 2025 , 15:32
İranda dəhşətli partlayışın SƏBƏBİ

İranda dəhşətli partlayışın SƏBƏBİ

27 aprel 2025 , 13:01
İranda matəmdir

İranda matəmdir

27 aprel 2025 , 11:25