İki gün cəhənnəmdə yaşadıq: Mariupol meri şəhərdəki vəziyyətdən  DANIŞDI   -  FOTOLENT
11 mart 2022 17:13 (UTC +04:00)

İki gün cəhənnəmdə yaşadıq: Mariupol meri şəhərdəki vəziyyətdən DANIŞDI - FOTOLENT

0

İki gün cəhənnəmdə yaşadıq və  sağ çıxdıq.

Lent.az-ın Ukrayna KİV-nə istinadla məlumatına görə, bunu Mariupol meri Vadim Bouçenko şəhərdəki vəziyyətdən danışanda deyib.

Onun sözlərinə görə, Mariupolda vəziyyət kritikdir, şəhər hər yarım saatdan bir bombalanır. 

Rusiya aviasiyası mərmiləri əsasən yaşayış məntəqələrinə buraxır. 

Boyçenko bildirib ki, Rusiya qoşunları Mariupolda yaşayış məntəqələrini və xəstəxanaları məqsədyönlü şəkildə atəşə tutur, həmçinin mühasirəyə alınmış şəhər sakinlərinin təxliyyəsinə mane olur, onları praktiki olaraq girov saxlayır.

Mer qeyd edib ki, son günlər Mariupol üçün xüsusilə çətin olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2040

Oxşar yazılar