Türkiyədə iki ailə göbələkdən zəhərlənib.
Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Düzcedə meşədən topladıqları göbələkləri yedikdən sonra zəhərlənən 3-ü uşaq olmaqla 8 nəfər xəstəxanalarda müalicə olunub.
Zəhərlənənlərdən birinin vəziyyətinin ağır olduğu öyrənilib.