III Çarlzın gizli oğlu ortaya çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya kralı III Çarlz və onun həyat yoldaşı kraliça Konsorti Kamillanın gizli oğlu olduğunu iddia edən Avstraliyanın Kvinslend ştatından olan Simon Çarlz Dorante-Day kral soyunu sübut etmək üçün qanuni addım atacağını bildirib.
Dorante-Day səkkiz aylıq olarkən övladlığa götürülüb. Onu övladlığa götürən hər iki nənə və baba kraliça və şahzadə Filip üçün onların evlərinin birində işləyirdilər. Onun sözlərinə görə, bir gün nənəsi onun Çarlz və Kamillanın oğlu olduğunu deyib:
"Məncə, Çarlzın edə biləcəyi ən az şey mənə cavab verməkdir - məni tanı. O, Uilyama belə bir titul verir, bəs mənim cavabım hanı? DNT testim hanı? Əgər mənim atam deyilsənsə, onda sübut et ki, sən ata deyilsən”, - avstraliyalı bildirib.
Bildiyiniz kimi, Saymon illərdir kral ailəsinin üzvlərinin DNT testindən keçməsini istəyirdi. Lakin o, mərhum II Yelizavetaya yazdığı məktubuna belə cavab almayıb.
Ancaq rəsmi qeydlərə görə, yeni kral və Kamilla Dorante-Deyin doğulmasından beş il sonra bir-biriləri ilə tanış olublar.