III Çarlz rəsmən Böyük Britaniyanın KRALI elan edildi
10 sentyabr 2022 13:31 (UTC +04:00)

III Çarlz rəsmən Böyük Britaniyanın KRALI elan edildi

III Çarlz bu gün rəsmi şəkildə Böyük Britaniyanın Kral elan olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təntənəli mərasim Londondakı Müqəddəs Ceyms Sarayında baş tutub.

London vaxtı ilə səhər saat 10:00-da başlayan mərasim ilk dəfə canlı olaraq yayımlanıb.

Qeyd edək ki, adətən bu prosedur əvvəlki hökmdarın ölümündən bir gün sonra həyata keçirilir, lakin II Yelizavetanın ölümü axşam saatlarında məlum olduğu üçün bu dəfə tədbir təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar