“Hizbullah”ın yeni baş katibi  seçildi
29 sentyabr 2024 23:51 (UTC +04:00)

“Hizbullah”ın yeni baş katibi seçildi

Haşim Səfiəddin şiə “Hizbullah” hərəkatının yeni baş katibi seçilib. 

Lent.az bildirir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Səfiəddin əvvəllər Livan partiyasının icraiyyə komitəsinin rəhbəri vəzifəsində çalışıb.

Onun seçilməsi ilə bağlı məlumat rəsmi olaraq dərc olunmayıb.

Sentyabrın 28-də İsrail şiə “Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahı məhv edə bilib. Bu əməliyyatın uğurunu təmin etmək üçün Livana 80-dən çox bomba atılıb. Hərəkat hücumlar zamanı bir sıra digər yüksək səviyyəli liderlərini də itirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar