Hakimiyyət orqanlarının Hitlerin evini polis bölməsinə çevirmək planlarını tənqid edən Avstriya orada polis əməkdaşları üçün insan haqları seminarları keçirməyi qərara alıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər bu evin polis bölməsinə çevrilməsi nəzərdə tutulurdu, lakin bu təklif vətəndaş cəmiyyəti təşkilatları tərəfindən tənqid edilib.
Diskurshaus Hitler təşəbbüsü ilə bu evdə təhsil və təcrübə mübadiləsi məqsədilə muzey və ya vətəndaşların görüşməsi üçün yer yaradılması təklif edilib. Fəal Evelyn Doll, evi polis bölməsinə çevirməkdənsə, beynəlxalq və ölkə daxilində daha yaxşı siqnal göndərəcək bir çox konstruktiv imkanların olduğunu söyləyib.
Evdən istifadə planına cavabdeh olan Avstriya Daxili İşlər Nazirliyinin ekspert komissiyası onların əsas məqsədinin bu yerdə müsbət işlərin aparılması olduğunu vurğulayıb.
Vyana Universitetinin tarixçisi, komissar Oliver Rathkolb deyib ki, söhbət sadə bir polis bölməsindən deyil, gənc polislər üçün insan haqları üzrə maarifləndirmənin vacibliyindən gedir.
Hitlerin uşaqlıqda yaşadığı evi 2016-cı ilin dekabrında Avstriya hökuməti milliləşdirib. Bina əvvəllər Pomeranian Hotel olub və İkinci Dünya Müharibəsi zamanı mədəniyyət mərkəzi kimi istifadə edilib. Hazırda 17-ci əsrin memarlıq abidəsi hesab olunur və qanunla qorunur.