Hərbi yük maşını aşdı:  2 dəniz piyadası ölüb, 17-si yaralanıb
20 yanvar 2022 10:42 (UTC +04:00)

Hərbi yük maşını aşdı: 2 dəniz piyadası ölüb, 17-si yaralanıb

ABŞ-ın Şimali Karolina ştatında dəniz piyadalarını daşı hərbi yük maşını aşıb.

Lent.az xaici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 hərbçi ölüb, 17 nəfər xəsarət alıb

Hadisə çərşənbə günü günortadan sonra “Camp Lejeune” hərbi bazası yaxınlığında baş verib. İlkin məlumata görə, hərbi nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşaraq dönmə əməliyyatını edə bilməyib.

Yaralılar xəstəxanaya yerləşdirilib. İki yaralının vəziyyəti ağırdır. Ölən hərbçilərdən biri arxadan gələn yük maşınının təkərləri altında qalıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

Oxşar yazılar