Sankt-Peterburqda keçirilən sərgidə gənc cütlük qeyri-adi hərəkət edib.
Lent.az xəbər verir ki, Böyük Vətən müharibəsinə həsr olunmuş ekspozisiya fonunda qız paltarını qaldırıb çılpaq şəkil çəkdirmək qərarına gəlib.
Baş verənlər müşahidə kameralarına düşüb.
Ziyarətçilərin davranışından şoka düşən əməkdaşlar hadisəyə müdaxilə edib.
Buna baxmayaraq, onlar şəkil çəkdirməyə davam edib.
Çılpaq fotoqrafiya həvəskarları yalnız ikinci xəbərdarlıqdan sonra ərazidən uzaqlaşıb.