Tailandın paytaxtı Banqkokda yerləşən hərbi şəhərcikdə atışma baş verib.
Lent.az xəbər verir ki, ilkin məlumata görə, atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Polisin məlumatına görə zərərçəkənlərin hamısı hərbçidir. Hadisəni törətmiş şəxs saxlanılıb. Onun müddətli hərbi qulluqçu olduğu bildirilir.