Hələ də sağ olan  “Hizbullah” liderləri - SİYAHI
22 sentyabr 2024 10:34 (UTC +04:00)

Hələ də sağ olan “Hizbullah” liderləri - SİYAHI

“Hizbullah”ın Baş Qərargaha bənzər bir strukturuna rəhbərlik etdiyi bildirilən İbrahim Akilin sıradan çıxarılması təşkilat lideri Həsən Nəsrullahın sağ əli Fuad Şukrun varisi hesab olunurdu.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, iyul ayında öldürülən Şükr İranla əlaqələrə rəhbərlik edirdi və təşkilatın güclü hərbi qüvvəyə çevrilməsində mühüm rol oynayıb.

İbrahim Akil da sələfi kimi böyük terror aktlarında, o cümlədən 1983-cü ildə Beyrutda sülhməramlıların kazarmalarının partladılmasında iştirak edib və nəticədə 241 Amerika və 58 Fransa hərbçisi həlak olub. İsrail hərbçilərinin bildirdiyinə görə, Akil həm də oktyabrın 7-də HƏMAS-ın hücumuna bənzər Qalileyanı ələ keçirmək planının təşkilatçısı və ötən il Meqiddo kəsişməsində baş vermiş partlayış da daxil olmaqla çoxsaylı terror aktlarının təşkilatçısı olub.

Akilin öldürülməsi “Hizbullah”ın əsas fiqurlarına qarşı bir sıra zərbələrdən sonra baş verirb. Məhv edilmiş komandirlər arasında Qalileyi işğal etməyə hazırlaşan “Radvan qüvvələri”nin bölmələrindən birinə rəhbərlik edən Visam Tavil, həmçinin Livanın cənubunun şərq və qərb hissələrinin komandirləri Taleb Sami Abdallah və Məhəmməd Naama Nasser də var.

Hazırda “Hizbullah”ın Nəsrullahdan sonra ən yüksək rütbəli üzvü “Naser,” “Aziz “ və Badr” diviziyalarının daxil olduğu Cənub cəbhəsinin komandiri Əli Karaki olaraq qalır. Nəsrullahın varisi təşkilatın icra şurasının rəhbəri Hişam Safi əd-Dindir.

İsrail qüvvələri ilin əvvəlindən xeyli sayda komandir də daxil olmaqla 500-dən çox “Hizbullah” üzvünü öldürüb. İbrahim Akilin məhvindən sonra ərəb mediası İsrailin baş naziri Benyamin Netanyahunun müşavirinə istinadən “qırmızı xətlərin artıq mövcud olmadığını” söyləyib. 

Bu, İsrailin "Hizbullah" liderlərini məhv etmək kampaniyasını davam etdirəcəyini göstərə bilər, əgər vəziyyət dünya liderlərinin qorxduğu kimi daha da gərginləşməsə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar