Gürcüstanda peyvənd yaşı 12-yə endirilir
19 avqust 2021 12:40 (UTC +04:00)

Gürcüstanda peyvənd yaşı 12-yə endirilir

Gürcüstanda koronavirus əleyhinə peyvənd yaşının payızdan etibarən aşağı endirilməsi gözlənilir. 

Lent.az-ın 24News.ge-yə istinadən məlumatına görə, bu barədə xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri, Amiran Qamkrelidze bildirib.

 Onun sözlərinə görə, təqribi olaraq sentyabrdan etibarən peyvənd yaşının 12 yaşa endirilməsi gözlənilir.

 "Bir çox ölkə öz araşdırmaları nəticəsində qərar qəbul edərək, 12 yaşdan etibarən peyvəndə başlayıb. Bu yaş qrupu üçün, əsasən Pfizer və Moderna peyvəndlərindən istifadə edilir. Klinik araşdırmalar bu yaş qrupu üçün artıq aparılıb və effektivdir. Biz dünya səhiyyə təşkilatının və Avropa dərman agentliyinin qərarını gözləyirik. Onlar tərəfindən tövsiyyə olunacağı təqdirdə əlbəttə ki, payızdan etibarən, biz də bu yaş qrupunun peyvəndlənməsini düşünürük,"-deyə Qamkrelidze əlavə edib.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar