Gürcü əsgərləri   Ukraynada Rusiya hərbçilərini axtarır -  VİDEO
25 mart 2022 21:43 (UTC +04:00)

Gürcü əsgərləri Ukraynada Rusiya hərbçilərini axtarır - VİDEO

0

Kiyev vilayətinin İrpen şəhərində Beynəlxalq Legionun gürcü döyüşçüləri Rusiya hərbçilərindən təmizlik işləri aparır, küçələr və binalarda onların olub-olmadığını yoxlayır.

Lent.az xarici mediaya istinadla bildirir ki, “YouTube”da Ukraynanın “qəhrəman şəhəri”nin təmizlənməsini əks etdirən video yayılıb.

Kadrlardan görünür ki, döyüşçülər Kiyev yolunda Rusiya hərbçilərinin başının bəlasının birinə çevrilmiş İrpendədir.

Xatırladaq ki, martın 24-də Ukrayna prezidenti Vladimir Zelenski İrpenə, eləcə də Buça, Nikolayev və Axtırkaya “qəhrəman şəhərlər” adı verib.

Gürcü əsgərləri Ukraynada Rusiya hərbçilərinə qarşı mübarizədə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2491

Oxşar yazılar